Yeniyetmə qız sablyaçılar Bolqarıstanın paytaxtı Sofiyada “Cadet Circuit” çərçivəsində keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.
“Football-plus.az” saytının məlumatına görə, qrup mərhələsində 4 qələbəsi olan Zərifə Hüseynova “64-lüy”ə yüksəlmək uğrunda görüşdə rumıniyalı rəqibinə 15:10 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə ABŞ təmsilçisinə uduzub - 13:15.
Qrupda 2 qələbə qazanan Fidan Quliyeva ilk pley-off görüşündə macar rəqibinə 15:12 hesabı ilə qalib gəlib. “64-lüy”ə yüksəlmək uğrunda görüşdə isə ABŞ idmançısına 5:15 hesabı ilə uduzub. Qrupu qələbəsiz başa vuran Əminə Rzaquluzadə pley-offa adlaya bilməyib.
Millimiz komanda yarışında Yunanıstanın dördüncü komandası ilə bacarmayıb - 39:45.