Arturo Vidal ziyana düşüb: onun Milan şəhəri yaxınlığındakı villası qarət olunub.
“İnter”in yarımmüdafiəçisi arzuolunmaz vəziyyətə noyabrın 7-də düşsə də, yerli media bundan yalnız bazar ertəsi xəbər tutub. Hadisə A seriyasında keçirilən “İnter” – “Milan” derbisi (1:1) zamanı baş verib. Oğrular villadan zinət əşyalarını və 400 min avro dəyərində olan “Mercedes Brabus Amg G700” markalı maşını özləri ilə aparıblar. Malikanənin həyətində “Ferrari 448 Spider”, “Volvo XC90”, açıq-yaşıl rəngli “Panda 4x4” və köhnə model “Panda” markalı avtomobillər də olub.
Deyilənə görə, cinayətkarlar əvvəlcə “Ferrari”ni qaçırmaq istəyiblər, amma bu planları baş tutmayınca “Mercedes”i seçməli olublar.