İngiltərə və Uels Futbol Azarkeşləri Assosiasiyasının ilin ən yaxşı futbolçusu adı üçün keçirdiyi sorğunun qalibi müəyyənləşib.
“Liverpul”un aparıcı oyunçusu Məhəmməd Salah ilin ən yaxşı oyunçusu seçilib. O, bu nominasiyada ikinci dəfə qalib gəlib. Misirli futbolçu ilk dəfə azarkeşlərin rəğbətini 2018-ci ildə qazanmışdı.
Salah bu dəfəki səsvermədə “Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntu, “Vest Hem”in hücumçusu Maykl Antonionu, “Mançester Siti”dən Fil Foden ilə Ruben Diaşı və “Lester”dən Yuri Tilemansı qabaqlayıb.