AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul şəhərində VAR protokolu ilə bağlı növbəti seminar keçirilir.
TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunan və dekabrın 2-dək davam edəcək seminarda Azərbaycan premyer-liqasının və 1-ci divizionun oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri (28 nəfər), həmçinin “CBC Sport” telekanalının 7 operatoru iştirak edir.