Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün saat 18.00-da növbəti oyununu keçirəcək.
Komandamız “Dalğa Arena”da Monteneqro millisi ilə qarşılaşacaq. Qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək:
Azərbaycan (Qadınlar) – Monteneqro (Qadınlar)
Baş hakim: EMANUELA RUSTA.
Baş hakimin köməkçiləri: Erinda Kume, Miryeta Salla.
Dördüncü hakim: Soada Tushay.