“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer-liqanın 12-ci turunda “Qəbələ” ilə keçirilən oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
"Football-plus.az" saytının məlumatına görə, təcrübəli mütəxəssis 0:0 hesabı ilə bitən matç haqda fikirlərini səsləndirib:
“Yaxşı komandaya qarşı oynadıq. Bu il tam fərqli “Qəbələ” izləmişik. Rəqib bu gün göstərdi ki, liderlər sırasında yer almağa layiqdi. Çox istəkli idilər. Komandamda bir az yorğunluq gördüm, bunu da gözləyirdim. Həm axırıncı matçdan, həm də, ümumiyyətlə, bu ilki oyun təqvimindən sonra futbolçular istər-istəməz yorğunluğu hiss etməlidilər. Amma yenə də sona kimi yaxşı mübarizə apardılar, güclərini meydanda qoya bildilər. İstənilən halda 1 xal qazandıq. Uzun yol qət edib bura gələn azarkeşlərimizin də hər birinə təşəkkür edirəm”.