
Dünya futbolu
221
29.11.2021, 13:10
Klublararası mundialın vaxtı açıqlandı
2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixi açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq turnir 3 - 12 fevralda gerçəkləşəcək. Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində olacaq. Tədbir saat 20.00-da başlanacaq.
Turnirdə 7 iştirakçısı olacaq. Bunlar "Əl-Hilal", "Monterrey", "Oklend Siti", "Əl-Cəzirə", "Çelsi" və "Palmeyras" komandalarıdı.
Qeyd edək ki, klublararası mundial bu ilin dekabrında Yaponiyada keçirilməli idi. Lakin ölkə rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yarışın təşkilatçılığından imtina edib.