Fransa çempionatında 15-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, PSJ "Sent-Etyenn"in qonağı olub. Paris təmsilçisi qarşılaşmadan Paris 3:1 hesablı qələbə ilə ayrılıb. Bu görüş Lionel Messi üçün əlamatdar olub. Argentinalı karyerasında üçüncü dəfə bir oyunda üç assist etməyi bacarıb.
Qeyd edək ki, bundan öncə 2016-cı il martın 12-də “Xetafe”, 2020-ci fevralın 9-da “Betis”lə qarşılaşmada Messi üç qola ötürmə verib.