"Bavariya" yeni rekorda imza atıb.
"Football-plus.az" saytının məlumatına görə, komanda buna Almaniya Bundesliqasının 13-cü turunda "Arminiya"ya 1:0 hesabı ilə qalib gələrək nail olub. Bununla da, Münhen təmsilçisi 2021-ci ildən Bundesliqada vurduğu qolların sayını 102-ə yüksəldib.
Beləliklə, "Bavariya" bir təqvim ilində qolların sayına görə turnir rekorduna imza atıb.