Polşa çempionatında 16-cı turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Yagelloniya" ilə üz-üzə gəlib və görüşdən 1:0 hesabı ilə qalib ayrılıb.
Millimizin hücumçusu mübarizəyə ilk "11-lik"də başlayıb və sonadək meydanda olub. Mahir komandasının vurduğu qolun ötürməsini edərək qələbədə pay sahibi olub.
Qeyd edək ki, "Legiya" 16 turdan sonra 12 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb. Həmyerlimizin komandası rəqiblərindən 2 oyun az keçirib.