Nəhayət, Serxio Ramosun çoxdan gözlədiyi an bu gün reallaşıb.
"Football-plus.az" saytının məlumatına görə, PSJ-nin yeni futbolçusu komandada debüt edib! 35 yaşlı müdafiəçi Liqa 1-in 15-ci turunun “Sent-Etyen”lə matçında start heyətində meydana çıxıb. Matçboyu meydanda olan Serxio sonda komandasının 3:1 hesablı qələbəsinə sevinib.
Dünya və Avropa çempionu PSJ-yə iyul ayında keçsə də, zədə səbəbindən parislilərin formasında rəsmən debüt edə bilməmişdi. Buna görə hətta Fransa klubunun onunla müqaviləni poza biləcəyi ilə bağlı şayiələr yayılmışdı.