“Real” rəhbərliyi Pol Poqba ilə bağlı planını dəyişib.
Madrid klubu “Mançester Yunayted”in yarımmüdafiəçisini almaqdan vaz keçib. Bu barədə “Marka” qəzeti məlumat yayıb. “Kral klubu” artıq 28 yaşlı Poqbanın tələblərini ödəmək üçün çalışmaq istəmir. Qeyd edək ki, dünya çempionu MY ilə müddəti gələn yay başa çatacaq müqaviləsini yeniləmək istəyir. “Ekip” nəşrinin xəbərinə görə, fransalı futbolçu komandada bir şərtlə qalacağını bildirib. O, klubdan həftəyə 585 min avro maaş tələb edir ki, bu da ən yüksək məvacib sayılır. Tələb yerinə yetirilərsə, Poqba Kriştiano Ronaldonu da qabaqlamaqla “qırmızı şeytanlar”ın ən çox qazanan oyunçusu olacaq. Hazırda onun həftəlik maaşı göstərilən məbləğdən iki dəfə azdı. Tərəflər maddi məsələlərdə razılığa gəlməyəcəyi halda isə Pol 2022-ci il yavrarın 1-dən digər klublarla danışıq aparmaq hüququna malikdi.
İspaniya klubu mövcud vəziyyətdən əla fürsət kimi yararlana bilərdi. Ancaq “Real” rəhbərliyi artıq fransalının komandaya uyğunlaşa bilməyəcəyindən əmindi. Qeyd edək ki, Poqba bu mövsüm meydana çıxdığı 13 matçda 7 məhsuldar ötürmə verib.