İtaliya çempionatının 14-cü turunun “Venetsiya” ilə oyunu Hakan Çalhanoğlu üçün ikiqat sevindirici olub.
Onun formasını daşıdığı “İnter” səfərdə 2:0 hesabı ilə qalib gəlib. Hesabı 34-cü dəqiqədə Çalhanoğlu açıb. Türkiyəli yarımmüdafiəçi bununla da karyerasında ilk dəfə yüksək liqada ardıcıl 3 matçda qol vurub. Əvvəlki turların “Napoli” (3:2) və “Milan”la (1:1) oyunlarında da qapıya yol tapan Hakan bu mövsüm A seriyasında 12 oyuna 4 dəfə qol sevinci yaşayıb. 27 yaşlı yarımmüdafiəçinin bu liqada 2017-ci ildən oynadığını, daha əvvəl isə 4 il Almaniya bundesliqasında top qovduğunu xatırladaq.