Almaniya 2-ci liqasında 15-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” “Darmştadt”la üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub.
Millimizin sabiq üzvü bu görüşdə meydanda olmayıb . Onun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.
Qeyd edək ki, “Ersgebirge” 14 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.