Ölkə çempionatının 12-ci turu çərçivəsində "Keşlə" "Sabah"ın qonağı olub.
"Football-plus.az" saytının məlumatına görə, qəsəbə təmsilçisi 2:1 hesabı ilə uduzub.
Matçdan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Murad Musayev qələbə haqda fikirlərini bildirib:
"Çox yaxşı ilk hissə izlədik. Meydanın bütün hissələrində təzyiq qura bildik. Yaxşı kombinasiyalı oyun sərgilədik və qollar vurduq. Amma təəssüflər olsun ki, fasilədən sonra birinci hissədəki intensiv oyunumuzu davam etdirə bilmədik. Bu vəziyyətdə xarakter və disiplin sərgiləmək lazım idi. Sadaladığım keyfiyyətlər qələbə qazanmağımıza yardım etdi. Azarkeşlərimizin dəstəyini də vurğulamaq istəyirəm. Oyunboyu dəstəklərini göstərdilər. Bu qələbəni onlara həsr edirik".
Rusiyalı mütəxəssis ikinci hissədə fərqli oyun göstərmələrinə aydınlıq gətirib:
"Fasilədə uşaqlara dedim ki, meydana hesab sanki 0:0-mış kimi çıxmağı tapşırdım. Qeyd etmək istəyirəm ki, bun oyunahazırlıq mərhələsində oyunçuları bir az çox yüklədim. Amma məşqlərdə çox çalışmaq olmasa inkişaf edə bilmərik.
Musayev komandasından razı olduğunu bildirdi:
"Futbolçuların məşq prosesinə yanaşmalarından razıyam. Amma bu çox çətin prosesdi. Addım-addım daha yaxşı olduğumuzu görürəm. Qarşıda görəcəyimiz çox iş var və dayanmaq olmaz".
Məşqçi qış "transfer pəncərəsi"ndə komandaya yeni oyunçular cəlb edib-etməyəcəyinə də aydınlıq gətirib:
"Hələ ki, bu suala cavab verməyə hazır deyiləm. Növbəti iki oyunu fikirləşirəm. Son turdan sonra klub rəhbərliyi ilə görüşüb bunu müzakirə edəcəyik".
"Sabah"ın çalışdırıcısı Coy-Lens Mikelsin iştirak ərizəsində olmamasının səbini də açıqlayıb:
"Dizi ilə bağlı problem var. Həmin nahiəyə iynə vurulub deyə 2 gün istirahət etməlidi".
O, Ramin Quliyevdən sonra komandada nəyi dəyişdiyi ilə bağlı suala belə cavab verib:
"Keçmiş baş məşqçi ilə özümə müqayisə etmək istəmirəm. Bu düzgün deyil. O işini düzgün görürdü. Mən ancaq özümdən danışa bilərəm".
Baş məşqçi Sənan Qurbanovun "birinci hissədə biz qaçmadıq deyə rəqib bundan istifadə edib qollar vurdu" fikrinə də cavab verib:
"Rəqibin məşqçisi komandasının hərəkət etmədiyini fikirləşirsə bu bizim oyunumuzun nəticəsində baş verdi"