“Australian Open”in direktoru Kreyq Tayli peyvənd olunmayan tennisçilərin turnirə qatıla bilməyəcəyi ilə bağlı xəbərləri şərh edib:
“Hazırda tennisçilərin 85 faizdən artığı peyvənd olunub. Bunda xidmətimiz böyükdü, çünki məcburi peyvənd qaydası müəyyənləşdirmişik. Hesab edirik ki, yanvarda peyvənd olunanların sayı 90-95 faizə çatacaq. Başqa cür bu turnirdə oynamaq mümkün deyil”.
Tayli dünyanın 1 nömrəli kiºi tennisçisi Novak Cokoviçin koronavirusa görə peyvənd olunmamaq istəyinə də toxunub:
“Novak 9 dəfə “Australian Open”in qalibi olub. Əminəm ki, 10-cu dəfə də qazanmaq istəyir. Turnirə qatılacaq Rafael Nadal və qatılmayacaq Rocer Federer kimi, Cokoviçin də 20 “Böyük dəbilqə”si var. Hər tennisçi digərini ötməyə çalışır, düşünmürəm ki, Novak titulu kiməsə vermək istəyə. O, tennis tarixinin ən dahi oyunçularından biridi. Novakın bəzi məsələlərlə bağlı özəl fikri var, kimlərlə onun mövqeyini bölüºür, ancaq əksəriyyət yox”.
Xatırladaq ki, Tayli noyabrın 20-də peyvənd olunmayan oyunçuların turnirə qatırlmayacağını bildirmiºdi. “Australian Open” gələn il yanvarın 17-30-u aralığında Melburnda keçiriləcək.
Bu arada Peşəkar Tennisçilər Assosiasiyası bu il üçün kişi tennisçilərin qazancını açıqlayıb. 37 tennisçi 2021-də milyon dollardan artıq mükafat qazanıb. Reytinqə 9,1 milyon dollarla Cokoviç başçılıq edir. Rusiyalı Daniil Medvedev mövsüm ərzində 7,5 milyon, Almaniya təmsiliçisi Aleksandr Zverev isə 6,4 milyon dollar qazanıb.