Dünyaca ünlü mərkəz oyunçusu Mark Qazol, gözlənildiyi kimi, İspaniyanın 2-ci divizionunda çıxış edən “Jirona” ilə anlaşıb.
36 yaşlı ispaniyalı dekabrın 3-də karyerasında 2-ci dəfə bu komandanın formasını geyəcək.
Qazolun sonuncu komandası “Leykers” olub. O, MBA-nın ötən mövsümündə hər oyunda orta hesabla 5 xal, 4,1 ribaund və 2,1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qazolun MBA-ya yollanana qədər – 2006-08 aralığında artıq “Jirona”nın ºərəfini qoruduğunu da xatırladaq. Bu il “Leykers” onu “Memfis”lə dəyişəndən, Tennessi klubu isə yolları ayırandan sonra azad agentə çevrilmişdi.