Hazırda MHL-in simasını müəyyənləºdirən üç hokkeyçi varsa, biri Leon Drayzaytldı.
“Edmonton”un “Arizona”nı 5:3 məğlub etdiyi srağagünkü oyunda Drayzaytl – Makdevid tandemi yenə ön planda idi. Belə ki, dubl edən Leon MHL-dəki tarixi nəticəni təkrarladı. 26 yaºlı alman 1995/96 mövsümündən bəri ilk 19 oyunda 40 xal toplayan yeganə hokkeyçidi. Həmin mövsümdə Yaromir Yaqrla Mario Lemye eyni nəticəni göstərmiºdi. Drayzaytl cari mövsümdə keçirdiyi 19 oyunda 20 qol vurub, 20 məhsuldar ötürmə verib.
Təbii ki, MHL-də baºqa ulduzlar da var. “Vaşinqton”un hücumçusu Aleksande Oveçkin komandasının “Monreal”a 6:3 qalib gəldiyi oyunda üç məhsuldar ötürmə ilə yadda qaldı. Bununla da rusiyalı ulduz MHL tarixində topladığı xal sayına görə Gi Laflerə çatdı. Hər ikisinin 1353 xalı var, Oveçkin Laflerlə 27-ci yeri bölüşür.
Xatırladaq ki, bu göstəricidə də lider Ueyn Qretskidi (2857), Yaromir Yaqr 2-ci (1921), Mark Messye (1887) 3-cü yerdə qərarlaşıb.
Bu arada Oveçkin “instaqram” hesabında maraqlı açıqlama verib. 36 yaşlı ulduz MHL tarixinin ən yaxşı 5 rusiyalı hokkeyçisinin adını açıqlayıb. Onun heyətində qapıçı Nikolay Xabibulin, müdafiəçilər Andrey Markov və Sergey Zubov, hücumçular Sergey Fyodorov, Pavel Bure və İlya Kovalçuk var. Oveçkin sonuncu soyadı səsləndirərkən bir qədər düşünsə də, özünü bu siyahıya salmağı lazım bilməyib: