“Milan” ciddi itki ilə üzləşib.
A seriyasında “Napoli” ilə şərikli liderlik edən komandanın hücumçusu Olivye Jiru zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 35 yaşlı fransalı futbolçunun sol ayağının dizaltı vətəri xəsarət alıb. DÇ-2018-in qalibi buna görə azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Jiru “Milan”da bu ildən oynayır. O, cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 13 matçda 4 qol vurub.