Nəhayət, “Barselona” sabiq baş məşqçisi Ronald Kumanla razılığa gəlib.
Məsələ müqavilənin vaxtından əvvəl ləğvinə görə niderlandlıya çatacaq təzminatla bağlıdı. “Marka” qəzetinin məlumatına görə, İspaniya klubu 58 yaşlı mütəxəssisə daha əvvəl əksər mənbələrin iddia etdiyi kimi 12 milyon avro ödəməyəcək.
Kuman “Barselona”dan 10 milyon avro alacaq. Oktyabrın 28-də istefaya göndərilən məşqçi komandaya 2020-ci ildə təyinat almışdı. Ona “Barselona”da Xavi Ernandesin xələf olduğunu da xatırladaq.