Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası evdə “Uerdingen”lə üz-üzə gəlib – 4:1.
Qeyd edək ki, Rüfət start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı futbolçu 79-cu dəqiqədə fərqlənib.