
İdman / Manşet
246
26.11.2021, 19:04
Mədət Quliyev federasiya rəhbəri oldu - RƏSMİ
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) növbəti hesabat-seçki konfransı keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov iştirak edib.
Ardınca AzVİF son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. Müdafiə sənayesi naziri Mədət Quliyev federasiyanın yeni prezidenti seçilib.
O, 2011-ci ildən bu postda çalışan sabiq vergilər naziri Fazil Məmmədovu əvəzləyib.