Basketbol üzrə Avroliqada ötən həftənin rəmzi komandası açıqlanıb.
Müntəzəm çempionatın 11-ci turunda “Alba”nı 85:71 məğlub edən UNİKS-in iki oyunçusu – xorvat Mario Hezonya və amerikalı Lorentsa Braun rəmzi komandaya düşüb. Həmin oyunda 21 xal, 5 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalan 31 yaşlı Braun həmçinin 11-ci turun ən dəyərli oyunçusu sayılıb.
Rəmzi komandaya yunan Kostas Slukas, fransız Mustafa Fall (hər ikisi “Olimpiakos”) və argentinalı Nikolas Laprovittola (Barselona) da düşüb.