Dünən Konfrans Liqasında 5-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, görüşlərin nəticələrindən sonra klubların UEFA reytinqində dəyişiklər olub. İlk 100-lükdə olan yeganə Azərbaycan təmsilçisi “Qarabağ” sıralamada geriləyib.
“Omoniya” ilə görüşdə 2:2 hesabı qeydə alınandan sonra Ağdam təmsilçisi 25,000 əmsalla Avropada 59-cu yerdə qərarlaşıb. Təmsilçimiz “Başakşəhər”lə eyni göstəriciyə malikdir.