Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən baxımlı qolu müəyyənləşib.
UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə Tyaqo Alkantaranın “Liverpul” - “Portu” oyununda (2:0) vurduğu qol 1-ci olub. İspaniyalı yarımmüdafiəçinin 29 metrdən topu bir toxunuşla qapının aşağı küncünə yönəltdiyi epizod daha çox səs toplayıb.
Səsverməyə həmçinin “Bavariya”nın hücumçusu Robert Levandovskinin Kiyev “Dinamo”suna (2:1), “Sportinq”in yarımmüdafiəçisi Pedru Qonsalveşin Dortmund “Borussiya”sına (3:1) və “Yanq Boyz”un müdafiəçisi Silvan Heftinin “Atalanta”ya (3:3) vurduğu qollar da daxil idi.