Şahmat millimizin üzvü Teymur Rəcəbov ciddi problemlə üzləşib.
“Football-plus.az” saytının məlumatına görə, beynəlxalq qrossmeyster ayaqlarını itirə bilərmiş. Şahmatçı bu haqda “instaqram” hesabında əlil arabası və çəliklərlə fotolarını paylaşsa da, səbəb açıqlamayıb: “Avropa çempionatının başlamasına bir neçə həftə qalmış iki ayağım var idi. Macarıstan hökuməti və tibbi heyətinə təşəkkür edirəm ki, hələ də ikiayaqlıyam”.
Qeyd edək ki, Teymur Rəcəbov Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb. O, nişanlısı ilə şahmat tacı uğrunda keçirilən Maqnus Karlsen – Yan Nepomnyaşi görüşünü izləmək üçün hazırda Dubaydadı.

