Oktyabr ayında “Liverpul”un ən yaxşı futbolçusu müəyyənləşib.
Azarkeşlər arasında keçirilən sorğuda Məhəmməd Salah qalib gəlib. Misirli hücumçu ardıcıl 3-cü dəfə ayın ən yaxşı oyunçusu seçilib. O, ötən ay qırmızı formada bütün turnirlərdə meydana çıxdığı 5 matçda 7 qol vurmuş və 4 məhsuldar ötürmə vermişdi. Yeri gəlmişkən, Çempionlar Liqasının qrup mərhələsinin dünən keçirilən “Portu” ilə matçında (2:0) son nəticəni müəyyən edən Məhəmməd bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 17 matçda 17 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.
Sorğuda 2-ci yeri braziliyalı qapıçı Alisson Beker tutub. “Liverpul”da oktyabrın ən yaxşı 3-cü futbolçusu isə yarımmüdafiəçi Nabi Keyta seçilib.