“Veteranlar İttifaqının sədri kimi həmişə yığmada yerli məşqçilərin işləməsinin tərəfdarı olmuşam”.

Bunu “Football-plus.az” syatına açıqlamasında Oqtay Abdullayev söylədi.

Redaksiyamızla əlaqə saxlayan Abdullayev bu günlərdə mətbuatda gedən “Elxan Məmmədovla görüşdü, Tərlan Əhmədovun xahişini etdi - Millidə iş verin, danışmasın” başlıqlı yazıya münasibət bildirmək istədiyini söylədi:

“Əvvəlcə onu bildirim ki, yığmaya baş məşqçi təyinatı ilə bağlı heç vaxt veteranların fikirini öyrənməyiblər. O ki qaldı mənim Elxan Məmmədovdan Tərlan Əhmədovla bağlı xahiş etməyimə, bu, heç bir əsası olmayan xəbərdi. Bu yazını yazan jurnalist görəsən, hansı qaynaqlara əsaslanıb? Mənim üçün yığmanı hansı yerli mütəxəssisin çalışdırması çox da maraqlı deyil. Əsas odu ki, “sükan arxasında” futbolumuzu yaxından tanıyan, oyunçularımızın potensialına bələd olan, yerli mentallığı bilən yerlilərdən biri olsun. Bizdə bu gün ölkənin əsas komandasını çalışdırmağa layiq mütəxəssislər var. Elə Tərlan Əhmədovun, Yunis Hüseynovun, Ramiz Məmmədovun, Mahmud Qurbanovun adını çəkə bilərəm. Qeyd etdiklərim əsas komanda ilə yanaşı, U-21 və müxtəlif yaş qrupu üzrə yığmalarda uğurla işləyə bilərlər. Özüm bilərəkdən Qurban Qurbanovun adını çəkmədim. Onun nəyə qadir olduğunu təkrar söyləməyə ehtiyac yoxdu. Qurban müəllim “Qarabağ”da gördüyü işlərlə “1 nömrə” olduğunu hamıya sübut edib. Ancaq yenə təkrarlamaq istəyirəm ki, mən AFFA-nın icraçı vitse-prezidentindən kiməsə görəsə xahiş etməmişəm. Fikrimcə, buna heç ehtiyac da yoxdu”.


Bir neçə gün öncə yığmanın və “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyev mətbuata açıqlamasında “yığmanı bu vəziyyətdən yalnız Rəşad Sadıqov çıxara bilər” söyləmişdi. Veteranlar İttifaqının sədri bizimlə söhbətdə bu məsələyə də münasibət bildirdi:

“Rəşad Sadıqova futbolçu kimi necə hörmətin var idisə, məşqçi kimi də bəyənirəm. “Zirə”də gördüyü işlər göz qabağındadı. Futbolçu Sadıqov meydanda lider olduğu kimi, bu gün texniki zonada da bu keyfiyyətini göstərir, yetirmələrini inamla irəli aparır. Onun yığmaya başçılıq etməsi məqsədəuyğun olardı. Rəşadın yığmanın “sükanı arxasına” gətirilməsinə ancaq sevinə bilərəm. Bəziləri deyir ki, veteranlar Rəşadın təcrübəsizliyini qabardıb, onun milliyə gəlməsinin əleyhinədi. Əslində belə deyil. Bu fikri səsləndirənlərə demək istəyirəm ki, bütün veteranların adından danışmasınlar. Fikrimcə, Sadıqov adını çəkdiyim yerli məşqçilər kimi ölkənin əsas komandasını çalışdırmağa layiq mütəxəssisdi”.

Son xəbərlər

Almaniya qrupda qaldı - YENİLƏNİB

Noyer rekorda imza atdı

21-ci əsrdə ilk dəfə

Aslan Kərimov: "Neftçi"nin qələbə potensialı "Sabah"dan daha aşağı görünür"

Mərakeş pley-offda - VİDEO

Xorvatiya 1/8 finala belə yüksəldi - VİDEO

"Neftçi" məlumat yaydı

Ceyhun Sultanov: "Bu matç "Neftçi" üçün daha vacibdi"

"Araz Naxçıvan"dan növbəti qələbə - VİDEO

MOİK-dən çətin qələbə - VİDEO

Qəbələdə qollu bərabərlik - VİDEO

Kurtua 100-ə çatdı

Fernandeş dünya nəhənginin hədəfində

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib

"Bakcell Arena"da liderlərin savaşı, Samir Abasovun Gəncə planı - AFİŞA

Fransa klubu “Qalatasaray”ın futbolçusunu istəyir

Derbi ərəfəsində son durum: “Neftçi”də 1, “Qarabağ”da 4

“Qalatasaray”ın istədiyi futbolçu İtaliya nəhənglərinin hədəfində

Flik istefa verəcək? - Özü açıqladı

“Benfika”dan futbolçusu üçün fantastik tələbi

Ronaldo karyerasını Ərəbistanda davam etdirəcək?

Argentinalı futbolçudan ötürmə rekordu

"Neftçi" bu futbolçunun keçidi üçün 300 min avro ödəməyə hazırdı - İDDİA

"Araz Naxçıvan" və MOİK-dən qələbə - YENİLƏNİB

Fransız futbolçu gələcəyi haqda heç nə bilmir

Salihamiciç şayiələrə reaksiya verdi

Qatil haqq etdiyi cəzanı almalıdı! - KÖŞƏ

Portuqaliya yığmasında itki

"Qarabağ"da seminar

Ronaldo “Real”a qayıdır?

Braziliya Kamerunla oyuna hansı heyətlə çıxacaq?

Milli komandanın yeni rekordçusu oldu

Dünən, amma 56 il əvvəl...

''Fənərbaxça'' qalib gəlsə də, bir oyunçusunu itirdi

1-ci divizionda 13-cü turun oyun cədvəli bəllidi

"Şamaxı" Qazaxıstan klubu ilə qarşılaşacaq

Polşa 36 illik fasilədən sonra

“Qarabağ”dan xal almaq çətin olsa da, öhdəsindən gələ bildik” - “Zirə”nin müdafiəçisi

Şçensnı mərci uduzsa da, Messiyə pul verməyib

''Qalatasaray'' ''Santyaqo Bernabeu kuboku''na dəvət alacaq

“Zirə”nin yeni transferi niyə məyusdu? – AÇIQLAMA

İngiltərə millisinin sabiq üzvündən etiraz: “VAR belə şeylər üçün tətbiq olunmur”

Dünya çempionatının tarixinə düşəcək

Matçdan dərhal sonra xəstəxanaya aparıldı

Daha bir Azərbaycan klubu fəaliyyətini dayandırır

Bütün xəbərlər