Xəbər verdiyimiz kimi, premyer-liqanın 11-ci turunda “Keşlə” ilə matçda “Qarabağ”ın əsas azarkeş dəstəkçisi olan “İmarət”in üzvləri “Elxan, istefa”, “AFFA MAFİYA” şüarları səsləndirmişdilər.

Hətta məsələ ilə bağlı fanklub rəsmi “feysbuk” səhifəsi vasitəsilə bəyanat da yaydı. Dünən isə mediada “İmarət”in üzvlərinin tribunada “istefa” şüarı səsləndirməsinə görə polisə çağrıldıqları ilə bağlı məlumat yayıldı.

İnformasiyanı dəqiqləşdirmək üçün kiçik araşdırma apardıq. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, həqiqətən də azarkeşlər buna görə polis bölməsində sorğu-suala tutulublar. Hadisənin təfərrüfatını diqqətinizə çatdırırıq. Deməli, “İmarət”in üzvlərindən biri Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb. Və həmin şəxsə bildirilib ki, tribunada bir daha “istefa” şüarı səsləndirməsinlər. “İmarət”in üzvü polis əməkdaşına “AFFA-nın idarəçiliyindən narazıyıq. Buna etirazımızı necə bildirək”, - deyə sual ünvanlayıb. İdarənin əməkdaşı isə “federasiyanın binasının qarşısında etiraz aksiyası keçirə bilərsiz” cavabını verib. Azarkeş polisin bu nümayişə icazə verilib-verilməyəcəyini də soruşduqda, bunun üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınmasının vacibliyi bildirilib. Əks təqdirdə həmin aksiyaya müdaxilə olunacağı haqda xəbərdarlıq edilib. “İmarət”in üzvü də qarşılığında “biz dövlət və dövlətçilik əleyhinə deyilik. Azarkeşin işi tribunadan səsini duyurmaqdı. Biz futboldakı nəticələrdən, bu sahəyə rəhbərlik edən şəxslərdən narazıyıq. Dövlətimizi sevirik, ölkə rəhbərliyinin verdiyi qərarları, atdığı addımları həmişə dəstəkləmişik. Qrupumuzun üzvlərinin hamısı vətən, dövlət üçün can yandıran şəxslərdi. Amma ölkənin futbol qurumu dövlətimizin imicinə zərbə vurur. Biz də vətəndaş olaraq buna etiraz edirik. Öz səsimizi tribunadan eşitdirməyə çalışmışıq. Bundan başqa qəbahətli işimiz olmayıb. “İmarət”in mövqeyi hamıya bəllidi. Burda olanların hamısı müstəqil insanlardı. Heç kimin təsiri altında olmadan qərarlar veririk. Təbii ki, etik çərçivədə və Azərbaycan adına xəlil gətirməyərək. Məsələyə gəlincə, biz artıq “istefa” şüarını səsləndirərək öz mövqeyimizi bildirmişik. Federasiyanın idarəçiliyindən narazıyıq, bunu açıq şəkildə də deyirik. Bundan sonra hansısa şüarları səsləndirsək də, səsləndirməsək də, mövqeyimiz dəyişməyəcək”, - deyə qeyd edib.
Bundan sonra həmin şəxsin izahatı alındıqdan sonra sərbəst buraxılıb.

İLKİN SULTANLI

Son xəbərlər

"Sabah klubumuzun böyük tarixini göstərməliyik" - Matyö Valbuena

Məhşur futbolçu karyerasını bitirdi

Suarezin yeni klubu bəlli oldu

"Araz Naxçıvan"ın minimalhesablı qələbəsi - VİDEO

MY onu komandada saxlamaq istəyir

"Barselona"da itki

"Meydanda daha çox mübarizə aparmalıyıq" - Qurban Qurbanov

"Barselona" "İnter"lə oyunun hakimini şikayət edəcək

"Əlimizdən gələni edəcəyik" - Şahruddin Məhəmmədəliyev

FIFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxdu

"Kəpəz-2" və "Turan Tovuz-2"dən qələbə, MOİK məğlub oldu - YENİLƏNİB

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bilindi

"Qarabağ" Afinada - FOTOLAR

"Barselona" UEFA-ya şikayət edəcək

"Real"da ciddi itki

Baş məşqçisi Marselonu "Qarabağ"la matçda meydana buraxmaq istəmir

"Kəpəz" xorvatiyalı qapıçını transfer etdi

"Neftçi"nin futbolçusu evləndi

Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur sona çatdı - FOTOLAR

“Kəpəz” braziliyalı hücumçunun transferində maraqlıdı

"Napoli" İtaliya futbolunda ilkə imza atdı

AFFA Velebitin iradlarına cavab verdi

47 dəqiqəlik derbi

Cavid Hüseynov “Cəbrayıl”ı bir məktəbdə oxuduğu dostuna tapşırıb

"Türkiyədə pul futboldan önə keçib, amma "Qarabağ"da belə deyil" - Türkiyəli ekspert

İspaniya klubu azərbaycanlı futbolçunun transferini açıqladı

"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat edildi

"Barselona"nın yeni antirekordu

Qurban Qurbanov "Olimpiakos"la oyundan öncə narahat olduğu məqamlardan danışdı - MÜSAHİBƏ

"Biz öz gücümüzü bütün mövqelərdə göstərdik" - Çalhanoğlu

Millimizin sabiq üzvü seçkidə uduzdu

Mata idarəçilik kurslarına qatılacaq

"Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Bütün xəbərlər