“Tuttosport” qəzeti 2021-ci il üçün müxtəlif nominasiyalar üzrə sorğuların növbəti nəticələrini açıqlayıb.
Avropanın ən yaxşı gənc futbolçusundan (bu ada “Barselona”nın yarımmüdafiəçisi Pedri layiq bilinmişdi) sonra ən yaxşı futbolçu və menecer üçün nəzərdə tutulan mükafatların qalibləri də məlum olub.
İtaliyanın idman nəşrinin keçirdiyi sorğuda Xuan Veron, Luka Toni, Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Emilio Butragenyo, Xristo Stoiçkov, Samuel Eto’O, Alessandro Kostakurta, Edvin van der Sar və Ruy Koşta kimi yaxın keçmişin məşhur futbolçular iştirak ediblər. Səsvermə nəticəsində “Bavariya”nın hücumçusu Robert Levandovski qalib gəlib. Yeri gəlmişkən, polşalı futbolçu ardıcıl 2-ci dəfə “Golden Player” mükafatına sahib çıxıb. Bu dəfəki sorğuda ikinci yerə “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo layiq bilinib. PSJ-nin hücumçusu Lionel Messi isə 3-cü yeri tutub.
Avropa futbolunda 2021-ci ilin ən yaxşı meneceri də seçilib. İtaliya nəşrinin bu nominasiyasında Marina Qranovskaya qalib gəlib. 46 yaşlı rusiyalı xanım “Çelsi”dəki uğurlu fəaliyyətinə görə fərdi mükafata layiq bilinib. Xatırladaq ki, İngiltərə klubunun kişilərdən ibarət komandası bu il Çempionlar Liqasının qalibi olub, qadın komandası isə bu turnirin finalında oynayıb. Qranovskaya “Çelsi”də 2013-cü ildən direktor vəzifəsini icra edir