Qadınlardan ibarət milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqroya qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Noyabrın 30-da “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Emanuela Rustaya Erinda Kume və Miryeta Salla kömək edəcək. Dördüncü hakim funksiyasını isə Soada Tuşay yerinə yetirəcək.
Rusiya millisinin baş məşqçisi Yuri Krasnojan millimizə qarşı oyunla bağlı fikirlərini bölüşüb:
"Təəssüf ki, zədə səbəbindən iki mərkəz müdafiəçisi - Anna Belomıtçeva və Anna Kojnikova bizə kömək edə bilməyəcək. Onlar komandaya təkcə müdafiədə yox, hücumda da kömək edir. Digər tərəfdən, başqa oyunçularımızın da Azərbaycanla matçda özünü göstərmək üçün şansı var. Rəqibin sabit heyəti var. Amma kiçik dəyişikliklər də olub. Superliqadan tanıdığımız Sevinc Cəfərzadə milliyə cəlb edilib. Topla ləng davranacağınız təqdirdə Azərbaycan millisinə qol vurmaq asan deyil. Evdəki oyun bunu göstərdi. Səfərdə daha yaxşı olmağa çalışacağıq”.