“Tottenhem” 2020/21 maliyyə ilinin hesabatını açıqlayıb.
İngiltərə klubu ötən mövsüm 80,2 milyon funt sterlinq itki ilə üzləşib. Londonluların borcu isə 605 milyon funt sterlinqdən 706 milyon funt sterlinqə qədər artıb. “Tottenhem”in ümumi gəliri 361,9 milyon funt sterlinq təşkil edib ki, bu da 2019/20 maliyyə ilinin göstəricisindən 40,5 milyon funt sterlinq azdı. Klubun prezidenti Deniel Levi maliyyə planında geriləmənin koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlər və qadağalarla bağlı olduğunu bildirib.