Konfrans Liqasının 5-ci turunda "Kayrat" "Bazel" ilə qarşılaşacaq.
"Football-plus.az" saytının məlumatına görə, "Bazel"inin baş məşqçisi Patrik Rahmen mətbuat konfransında iştirak edib. O, oyun haqda bunları deyib:
"Konfrans Liqasında mümkün qədər uzağa getmək istəyirik. "Kayrat" topladığı xalların sayına baxmayaraq, göründüyündən qat-qat güclü komandadı. Qazaxıstan təmsilçisi hər iki görüşdə "Qarabağ"ı məğlub edə bilərdi".
Qeyd edək ki, "Kayrat" - "Bazel" matçı bu gün saat 19.30-da başlayacaq.