Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Omoniya”nı sınağa çəkəcək.
Kiprdə keçirilən oyunda Ağdam təmsilçisinə 1:4 məğlub olan “yonca komandası” ötən turda “Bazel”lə bərabərə qalmağı bacarmışdı.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan mətbuat konfransında “Omoniya”nın baş məşqçisi Henninq Berq qarşılaşma haqda fikirlərini bildirib:
“Bu oyun bizim üçün ilk növbədə inkişaf etmək və təcrübə baxımından çox önəmlidi. Meydanda bütün bacarıqlarımızı sərgiləcəyik. Ən yaxşı nəticəni qazanmağa çalışacağıq. Dediyim kimi bu oyunda əsas və başlıca məqsədimiz təcrübə toplamaq olacaq. Çox güclü rəqibdi. Yetəri qədər də avrokubok təcrübəsi var. Sabah qapalı oyuna üstünlük verəcəyik. Daha yaxşı oynayıb, əlimizdən gələnin ən yaxşısını ortaya qoymağa çalışacağıq. “Qarabağ”ın təcrübəli və güclü olduğunu vurğulamalıyam”.