Bir müddət öncə əməliyyat olunan AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovla bağlı yeni xəbər var.
"Football-plus.az" saytının məlumatına görə, 65 yaşlı mütəxəssis oktyabrın sonlarında evə buraxılmışdı. Onunla bağlı yeni informasiya əldə etmişik.
Qəribovun vəziyyəti pisləşib. Mənbəmizin dediklərinə görə, veteran futbolçu daxili qanaxma diaqnozu ilə yenidən xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdı.
Qeyd edək ki, Məşqçilər Komitəsinin üzvünün əməliyyat xərclərini AFFA öz üzərinə götürmüşdü.