Konfrans Liqasının 5-ci turunda "Qarabağ" doğma meydanda "Omoniya"nı qəbul edəcək.
"Football-plus.az" saytının məlumatına görə, oyuna maraq çoxdu. Növbəti mərhələni təmin edən Ağdam təmsilçisinin görüşünə nə qədər bilet satıldığı, Cənubi Kiprdən azarkeşlərin gəlib-gəlməyəcəyini öyrənmək üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə müraciət etdik:
Qeyd edək ki, qarşılaşma noyabrın 25-də, saat 21.45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
GÜNAY VƏLİYEVA