Asiya Çempionlar Liqasının qalibi müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, finalda Cənubi Koreya təmsilçisi "Pxoxan Stilers"i 2:0 hesabı ilə məğlub edən Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası çempion olub.
"Əl-Hilal" bu nəticədən sonra 2022-ci ilin yanvarında keçiriləcək klublararası dünya çempionatında iştirakını təmin edib.