Noyabrın 30-da yeniyetmələr, gənclər və böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.
"Football-plus.az" saytının məlumatına görə, yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
Dekabrın 5-dək davam edəcək ölkə çempionatında yaşı 18-dən yuxarı bütün idmançılardan və zala daxil olan şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Əks halda həmin şəxslər yarışa buraxılmayacaqlar.
.