"Napoli" ciddi itki ilə üzləşib.
"Football-plus.az" saytının məlumatına görə, futbolçu Viktor Osimhen üz sümüklərinin çoxsaylı sınığı səbəbindən əməliyyat olunub. Bu barədə yerli mətbuat xəbər yayıb.
Hücumçu təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacağı deyilir.
23 yaşlı oyunçu İtaliya çempionatının oyununda rəqib komandanın müdafiəçisi Milan Şkrinyarla toqquşma nəticəsində zədələnib. Hazırda özünü yaxşı hiss edən oyunçunun bir neçə gün həkim nəzarət altında qalacağı bildirilib.