Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi öz fəaliyyətini qiymətləndirib.
"Football-plus.az" saytının məlumatına görə, çalışdırıcı bu barədə İtaliya mətbuatına danışıb:
"Əlbəttə, daha yaxşı nəticələr əldə etmək olardı. Amma işlədiyiniz konteksti, sahib olduğunuz oyunçuları, həmçinin mentalitet və münasibətdəki fərqləri başa düşməlisiniz. Bəlkə də işimi davam etdirmək üçün mənə bir az cəsarət lazımdı. Amma hələ nə olacağını bilmirəm. Yaxın günlərdə AFFA rəhbərliyi ilə məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, daha 2 il işimi davam etdirə bilərəm. Mən hazıram. Görək, federasiya hansı qərarı verəcək. Fəaliyyətimi 6 balla qiymətləndirərdim".
De Byazi bildirib ki, Azərbaycanda fərdi idman növlərinə daha çox diqqət göstərilir:
"Komanda idman növlərində bir qədər geri qalırlar. Ola bilsin, ümumi fəlsəfə yoxdu. Yerli futbolçu sayı az olsa belə, düzgün yanaşma tələb olunur. Azərbaycanda 10 milyon əhali olmasına baxmayaraq, premyer-liqada cəmi 8 komanda çıxış edir ki, onlarında heyətində ən azı 6 legioner var".