FIFA 2021-ci ilin Fair Play mükafatına namizədləri açıqlayıb.
"Football-plus.az saytının məlumatına görə, mükafata iddialılardan biri Danimarka millisidi. Ali futbol qurumu Skandinaviya təmsilçisinin evdə Finlandiyaya 0:1 hesabı ilə uduzduğu AÇ-2020-nin qrup matçı zamanı kapitan Kristian Eriksenin infarkt keçirməsindən sonra yığma üzvlərinin, tibbi heyətinin və əməkdaşlarının davranışını qeyd edib.
Mükafata digər iddialı italiyalı baş məşqçi Klaudio Ranyeridi. 70 yaşlı mütəxəssis ötən mövsüm "Sampdoriya"nın sükanı arxasında olarkən futbolçularından A Seriyasının qalibi olmuş "İnter" komandası üçün çempionluq dəhlizi qurmağı xahiş etmişdi.
FIFA-nın açıqladığı siyahıda üçüncü namizəd Şotlandiya "Seltik"inin kapitanı Skott Braundu. O, "Reyncers"in evdə Çexiyanın "Slaviya" (Praqa) komandasına 0:2 hesabı ilə məğlub olduğu görüşdə irqçi təhqirlərə məruz qalan meydan sahiblərinin futbolçusu Qlenn Kamaraya dəstək məqsədilə məktub yazmışdı.
Qeyd edək ki, "The Best" mükafatı 2022-ci il yanvarın 17-də təqdim ediləcək.