Ölkə çempionatında 11-ci tura yekun vuruldu.
Həftəsonu baş tutan oyunlar azarkeş şüarları cəhətdən də maraqlı keçdi. Onlardan birincisi elə 11-ci turun ilk matçı olan “Qarabağ” – “Keşlə” qarşılaşmasında səsləndirildi. Ağdamlıların azarkeş qruplarından “İmarət Tayfa” oyunboyu AFFA-nı istefaya səslədi. Fanklub bununla bağlı rəsmi “feysbuk” səhifəsində bəyanat da yayıb. Həmin açıqlamanı təqdim edirik:
Azarkeşlərin milidən uğurlu nəticə tələb etməsi haqqıdı. Başa düşürük, ölkəmiz FİFA reytinqində də gündən-günə geriləməkdədi. Bu da hər kəsin qəzəbinə səbəb olur. Ancaq ötən dəfə də qeyd etdiyimiz kimi, komandamız hazırda dəstəksiz qalıb. Azarkeşlər milliyə olan etirazını, daha doğrusu, AFFA rəhbərliyinə qarşı qəzəbini premyer-liqa matçlarında dilə gətirirlər. Görəsən, onlar bütün bu narazılıqlarını elə yığmanın oyunlarında nümayiş etdirə bilməzlər? Elə olsa, daha təsirli olmazmı? Həm lazımi şəxslər bu şüarlardan nəsibini alar, həm də tribunada tərəfdar görərik. Ancaq görünür, azarkeşlərimiz fərqli yol tutublar. Onlar milliyə olan sevgilərini də, AFFA rəhbərliyinə qarşı nifrətlərini də klub oyunlarında nümayiş etdirməyi üstün tuturlar. Amma söhbət ölkənin əsas komandasından gedirsə, AFFA rəhbərliyində kimlərin yer almasından asılı olmayaraq, nəticəyə baxmadan milliyə stadionda dəstək verilməlidi.
SƏNƏM FƏRHADOVA