Türkiyə çempionatında ''Trabzonspor'' fırtınası əsməkdə davam edir.

İstanbul nəhənglərinin ciddi problemlər yaşadığı bir mövsümdə qaradənizlilər hələ ki rəqib tanımır. Dünən superliqanın 13-cü turunda ''Trabzonspor'' növbəti maneəni çox asanlıqla dəf edərək inamla liderliyini davam etdirdi. Abdulla Avcının komandası öz meydanında ''Qaziantep''i 3:0 hesabı ilə darmadağın etdi.

13 turdan sonra xalını 33-ə yüksəldən ''Trabzonspor'' ən yaxın rəqibini 7 xal qabaqlayır. Əsas rəqiblərdən isə ''Fənərbaxça'' ilə xal fərqi 10-a, ''Qalatasaray''la 12-yə, ''Beşiktaş''la 13-ə bərabərdi! Trabzon təmsilçisi bir sıra göstəriciləri yeniləməkdə davam edir. Məsələn, 13 tura 33 xal Türkiyə çempionatında son 16 ilin ən yaxşı startıdı. Sonuncu dəfə mövsümə bundan yaxşı başlayan komanda ''Fənərbaxça'' olub. 2000-ci illərin ortalarında Kristof Daumun başçılığı altında ardıcıl bir neçə il mükəmməl performans göstərən komanda 2005/06-da ilk 13 tura 35 xal toplamışdı. ''Trabzonspor''un özünə gəlincə, komanda XXI əsrdə ən uğurlu, tarixinin isə 2-ci ən yaxşı startını reallaşdırıb. 1995/96-dakı komanda 13 tura 35 xal yığmışdı. Bu ''Trabzonspor''un daha bir diqqətçəkən özəlliyi təbii ki, komandanın son 25 turda uduzmamasıdı. Ötən mövsümün 29-cu turunda ''Alanyaspor''a evdə məğlub olduqdan sonra ''bordo-mavililər'' növbəti 25 çempionat oyunundan 14 qələbə, 11 bərabərliklə ayrılıb. Daha 1 oyunda uduzmayacağı təqdirdə klub tarixinin ən yaxşı 2-ci məğlubiyyətsiz seriyasını təkrarlayacaq. Bu göstəricidə rekord 29 oyuna bərabərdi. Sonda onu da bildirək ki, Abdulla Avcı hazırda klub tarixində 25-dən çox çempionat matçına çıxmış məşqçilər arasında ən yaxşı qələbə faizinə malikdi. Komanda onun dönəmində 45 superliqa matçının 62 faizində, yəni 28-də qalib gəlib (14 heç-heçə, 3 məğlubiyyət)!

Son xəbərlər

MY onu komandada saxlamaq istəyir

"Barselona"da itki

"Meydanda daha çox mübarizə aparmalıyıq" - Qurban Qurbanov

"Barselona" "İnter"lə oyunun hakimini şikayət edəcək

"Əlimizdən gələni edəcəyik" - Şahruddin Məhəmmədəliyev

FIFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxdu

"Kəpəz-2" və "Turan Tovuz-2"dən qələbə, MOİK məğlub oldu - YENİLƏNİB

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bilindi

"Qarabağ" Afinada - FOTOLAR

"Barselona" UEFA-ya şikayət edəcək

"Real"da ciddi itki

Baş məşqçisi Marselonu "Qarabağ"la matçda meydana buraxmaq istəmir

"Kəpəz" xorvatiyalı qapıçını transfer etdi

"Neftçi"nin futbolçusu evləndi

Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur sona çatdı - FOTOLAR

“Kəpəz” braziliyalı hücumçunun transferində maraqlıdı

"Napoli" İtaliya futbolunda ilkə imza atdı

AFFA Velebitin iradlarına cavab verdi

47 dəqiqəlik derbi

Cavid Hüseynov “Cəbrayıl”ı bir məktəbdə oxuduğu dostuna tapşırıb

"Türkiyədə pul futboldan önə keçib, amma "Qarabağ"da belə deyil" - Türkiyəli ekspert

İspaniya klubu azərbaycanlı futbolçunun transferini açıqladı

"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat edildi

"Barselona"nın yeni antirekordu

Qurban Qurbanov "Olimpiakos"la oyundan öncə narahat olduğu məqamlardan danışdı - MÜSAHİBƏ

"Biz öz gücümüzü bütün mövqelərdə göstərdik" - Çalhanoğlu

Millimizin sabiq üzvü seçkidə uduzdu

Mata idarəçilik kurslarına qatılacaq

"Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Bütün xəbərlər