“Tuttosport” qəzeti Avropa futbolunda 2021-ci ilin ən yaxşı menecerini seçib.
İtaliya nəşrinin bu nominasiyasında Marina Qranovskaya qalib gəlib. 46 yaşlı rusiyalı xanım “Çelsi”dəki uğurlu fəaliyyətinə görə fərdi mükafata layiq bilinib. Xatırladaq ki, İngiltərə klubunun kişilərdən ibarət komandası bu il Çempionlar Liqasının qalibi olub, qadın komandası isə bu turnirin finalında oynayıb. Qranovskaya “Çelsi”də 2013-cü ildən direktor vəzifəsini icra edir.