Fransa Peşəkar Futbol Liqası (FPFL) “Lion” – “Marsel” matçı ilə bağlı ilkin qərarını verib.
Xatırladaq ki, Liqa 1-də bazar gününə təyin olunan 14-cü turun oyunu yarımçıq dayandırılmışdı. Buna yerli azarkeşlərdən birinin yolverilməz hərəkəti səbəb olmuşdu. Matçın 5-ci dəqiqəsində “Marsel” künc zərbəsi yerinə yetirərkən rəqib fanat tribunadan meydana butulka atmış, nəticədə yarımmüdafiəçi Dimitri Payet başından xəsarət amışdı. Hakim Rüddi Büke əvvəlcə komandaları meydandan çıxarmış, təxminən saatyarım sonra isə matçın dayandırılmasına qərar vermişdi.
FPFL-in Nizam-İntizam Komitəsi (NİK) oyunla bağlı ilkin qərarını açıqlayıb. “Lion”un rəqiblərini qəbul etdiyi “Park Olimpik Lionne”nin tribunaları bağlanılıb. Bu cəza dekabrın 8-dək qüvvədə qalacaq. NİK insidentlə bağlı yekun qərarını bu tarixdən sonra verəcək.