Son vaxtlar Ansu Fatinin bəxti heç gətirmir.
Uzun müddət zədə səbəbi ilə futbol oynaya bilməyən hücumçu yenicə sıraya dönmüşdü ki, növbəti dəfə zədələnmişdi. 19 yaşlı futbolçu şənbə günü daha bir arzuolunmaz hala düşüb. Ansunun evi qarət olunub. Maraqlıdı ki, o, qarət zamanı evdə olub: futbolçu ailəsi ilə birlikdə televizor vasitəsilə La Liqanın “Barselona” – “Espanyol” matçını (1:0) izləyirmiş. “Marka” qəzetinin yaydığı xəbərə görə, oğrular evə yuxarı mərtəbədən daxil olaraq pul və qiymətli əşyaları özləri ilə aparıblar.