Dünənki “Detroyt” – “Leykers” oyunu az qala böyük qalmaqalla bitəcəkdi.
“Gölməçəsevərlər”in forvardı Lebron Ceyms 3-cü çeyrəyin sonunda dirsəyi ilə rəqibin mərkəz oyunçusu Ayzeyi Stüarta zərbə endirməklə qaşını parçaladı. Ceymslə hesablaşmağa can atan Stüartı başqa oyunçular və personal çətinliklə sakitləşdirdi. Lebron karyerasında 2-ci dəfə meydandan qovuldu. 2017-ci ildə hakimlərlə mübahisə etdiyinə görə eyni cəzanı almışdı.