Bakıda Olimpiya və Paralimpiya Cüdo Klubunun açılış mərasimi keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, qurumun vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və digər şəxslər iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə davam etdirilib. Çıxış edənlər idman zalının ərsəyə gəlməsində London-2012 Yay Paralimpiya Oyunlarının qalibi, hazırda paracüdoçu qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi kimi çalışan Ramin İbrahimovun rolunu vurğulayıblar.
Bakı Olimpiya və Paralimpiya Cüdo Klubunda paralimpiyaçılarla yanaşı, olimpiyaçılar, fiziki məhdudiyyətli gənclər və uşaqlar da məşq edə biləcəklər.