“Tuttosport” qəzeti 2021-ci ilin ən yaxşı futbolçusunu seçib.
İtaliya nəşrinin keçirdiyi sorğuda Xuan Veron, Luka Toni, Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Emilio Butragenyo, Xristo Stoiçkov, Samuel Eto’O, Alessandro Kostakurta, Edvin van der Sar və Ruy Koşta kimi yaxın keçmişin məşhur futbolçular iştirak ediblər. Səsvermə nəticəsində “Bavariya”nın hücumçusu Robert Levandovski qalib gəlib. Yeri gəlmişkən, polşalı futbolçu ardıcıl 2-ci dəfə “Golden Player” mükafatına sahib çıxıb.
Bu dəfəki sorğuda ikinci yerə “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo layiq bilinib. PSJ-nin hücumçusu Lionel Messi isə 3-cü yeri tutub.