Qaret Sautqeyt İngiltərə millisini daha bir neçə il də çalışdıracaq.
İngiltərə Futbol Assosiasiyası (İFA) dünən baş məşqçi ilə müqaviləni yeniləyib. İFA-nın rəsmi saytının yaydığı xəbərə görə, 51 yaşlı mütəxəssisin yeni sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər razılaşdırılıb. Qeyd edək ki, Sautqeytin əvvəlki müqaviləsi gələn ilin sonunda qüvvədən düşəcəkdi. Yerli mənbələr baş məşqçinin bundan sonra ilə 5 milyon funt sterlinqdən çox maaş alacağını xəbər verir.
Sautqeyt 2016-cı ildən rəhbərlik etdiyi yığmanı DÇ-2018-in yarımfinalına və AÇ-2020-nin finalına çıxarıb. İngiltərə millisi artıq gələn il Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.